Əsas məzmuna keç

Ermənistan işğal dövründə Qarabağ meşələrini necə talayıb?

Ermənistan işğal dövründə Qarabağ meşələrini necə talayıb?

Ermənistan Kəlbəcər və Laçında qiymətli çinar, palıd ağaclarını necə talayıb? Bəsitçay qoruğundakı ekoloji terror və Tərtərçay təhlükəsi barədə şok faktlar.

en ru

İlham Əliyev “ Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxış edib. müşavirə zamanı işğal dövründə Ermənistanın Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondunu məhv etməsindən, talan edərək kəsməsindən və ərazini tərk edərkən yandırmasından danışıb.

Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən ekoloq Rövşən Abbasov bildiriib ki, işğal dövründə Qarabağ ərazisində meşələrin amansızlıqla qırılması və bunun ağır nəticələri barədə əllərində çox böyük faktlar var:

Rövşən Abbasov: Azərbaycanda tezliklə milli biomüxtəliflik fəaliyyət planı qəbul olunacaq - AZƏRTAC

"Prezidentin də qeyd etdiyi kimi, çox böyük ərazilərdə məhz bu qırılmaların olması nəticəsində işğal olunmuş ərazilərdə meşələrin sahəsi əhəmiyyətli dərəcədə azalmışdır. Bu qırılmalar əsasən bir neçə istiqamətdə baş verirdi. Birincisi, qızıl mədənləri aşkar olunan ərazilərdə meşələr ona görə qırılırdı ki, orada qızıl mədənləri yaradılırdı və torpaq vəhşicəsinə qazılırdı. Həmçinin burada çirkləndiricilərin yığıldığı buxarlandırıcı hovuzlar yaradılırdı. Həmin hovuzlar çox təhlükəlidirlər və baş verən istənilən kiçikmiqyaslı zəlzələ kütləvi şəkildə çirkləndiricilərin Tərtərçay hövzəsinə axmasına səbəb ola bilər. Bu, onlar tərəfindən yaradılmış ekoloji bir problemdir".

Ayrı-ayrı faktların meşələrin amansız şəkildə qırılaraq Ermənistana daşındığını göstərdiyini vurğulayan ekspert qiymətli ağac növlərinin talan edildiyini diqqətə çatdırıb:

Palıd ucalıq, güc və dəyanət rəmzidir - FOTOLAR |

"Xüsusilə qiymətli çinar və palıd ağacları qırılaraq ərazisinə aparılır və orada qiymətli mebellərin istehsalında istifadə edilirdi. Məsələn, Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda 2000 illik yaşı olan ağacların qırılması faktları mövcuddur. Digər bir istiqamət isə ağac kömürünün istehsalı idi. Müxtəlif kəndlərdə ağac kömürü istehsal olunaraq Ermənistana daşınırdı. Hətta ağac kömürünün dırnaqarası sertifikatlaşdırılaraq adından üçüncü ölkələrə ixrac olunması faktları da vardır".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…