Əsas məzmuna keç

Ermənistan COP34-ə ev sahibliyi etmək niyyətindədir

Ermənistan COP34-ə ev sahibliyi etmək niyyətindədir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. Bu barədə ətraf mühit...

en ru

2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb.

“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə naziri Ambarsum Matevosyan COP31 çərçivəsində Antalyada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşdən sonra bildirib.

"Mən Ermənistanın namizədliyini və onun 2029-cu ildə COP34-ə ev sahibliyi etməyə hazırlığını təqdim etdim", - o dedi.

A.Matevosyan bəyan edib ki, COP34-ə sədrlik Ermənistana qlobal iqlim təşəbbüslərinə töhfə verməyə imkan yaradacaq.

Nazir əlavə etdi ki, Ermənistan öz namizədliyinin sonrakı irəliləməsi çərçivəsində Şərqi Avropa qrupunun üzv ölkələri və İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının katibliyi ilə açıq və konstruktiv əməkdaşlığa hazırdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…