Əsas məzmuna keç

Ermənistana və Türkiyəyə gedin! - Xəbərdarlıq

Ermənistana və Türkiyəyə gedin! - Xəbərdarlıq

ABŞ Dövlət Departamenti təcili təhlükəsizlik xəbərdarlığı yayaraq İrandakı bütün Amerika vətəndaşlarını Vaşinqtondan hər hansı bir yardım gözləmədən...

en ru

Departamenti təcili təhlükəsizlik xəbərdarlığı yayaraq İrandakı bütün Amerika vətəndaşlarını Vaşinqtondan hər hansı bir yardım gözləmədən ölkəni dərhal tərk etməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“ vətəndaşları internet kəsintilərinin davam edə biləcəyini nəzərə almalı, alternativ vasitələri planlaşdırmalı və əgər təhlükəsizdirsə, quru yolu ilə İrandan Ermənistana və ya Türkiyəyə keçməyi düşünməlidirlər”,- xəbərdarlıqda deyilir.

Xəbərdarlıqda qeyd olunub ki, ABŞ vətəndaşları İranda sorğu-sual, saxlanılma və həbs olunma baxımından ciddi risk altındadır. Həmçinin təkcə ABŞ pasportu daşımağın belə saxlanılma üçün əsas ola biləcəyi iddia edilib, ikili vətəndaşlığı olan şəxslərin isə ölkəni yalnız İran pasportları ilə tərk etməli olduqları vurğulanıb.

Ölkəni tərk edə bilməyənlərə isə yaşadıqları yerin daxilində və ya başqa təhlükəsiz bir binada etibarlı bir sahə tapmaları, qida, su, dərman və digər əsas ehtiyacları ehtiyatda saxlamaları tövsiyə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…