Əsas məzmuna keç

Putin və Mişustin Paşinyanı təbrik etdi

Putin və Mişustin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustin Ermənistanın Baş naziri Nikol Paşinyana milli bayram münasibətilə təbrik məktubu göndəriblər.

en ru

Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustin Ermənistanın Nikol Paşinyana ölkəsinin Müstəqillik Günü münasibətilə ünvanlayıblar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, təbrik mətni hökumətinin rəsmi portalında dərc olunub.

Məlumata görə, Vladimir Putin müraciətində Paşinyana möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb, erməni xalqına isə sülh, tərəqqi və rifah diləyib. Rusiya Baş naziri Mixail Mişustin isə həm hökumət adından, həm də şəxsən təbriklərini çatdıraraq, ikitərəfli ticarət-iqtisadi, elmi-texnoloji və humanitar əməkdaşlığın qarşılıqlı hörmət çərçivəsində inkişafının hər iki ölkənin uzunmüddətli maraqlarına tam cavab verdiyini vurğulayıb.

Qeyd olunub ki, hökumətinin saytında, həmçinin Çin, Qazaxıstan, Tailand, Türkmənistan, Banqladeş, Tacikistan və Belarus liderlərinin, eləcə də Katibinin təbrik mesajları yayımlanıb.

Məlumat üçün bildirək ki, Ermənistan sentyabrın 21-də müstəqilliyinin 35-ci ildönümünü qeyd edir. 1991-ci ilin həmin günündə keçirilən müstəqillik referendumunda seçicilərin təxminən 99 faizi SSRİ-nin tərkibindən çıxmağın lehinə səs verib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…