Əsas məzmuna keç

Ərdoğan: PISA-da üç sahə üzrə göstəricisini artıran yeganə ölkə Türkiyədir

Ərdoğan: PISA-da üç sahə üzrə göstəricisini artıran yeganə ölkə Türkiyədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin PISA 2025 nəticələrində elm, riyaziyyat və oxu üzrə göstəricilərini ən çox artıran ölkə olduğunu bildirib.

ru en

Prezidenti Ankaradakı Qazi Anadolu Liseyində 2026–2027-ci tədris ilinin açılışı və şəhərdə tamamlanan təhsil investisiyalarının kollektiv açılış mərasimində çıxış edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, çıxışında Türkiyənin təhsil sahəsində əldə etdiyi nəticələrə toxunub. Onun sözlərinə görə, 91 ölkənin iştirak etdiyi hesabatında Türkiyə elm, riyaziyyat və oxu üzrə göstəricilərini ən çox ölkə olub. Türkiyə Prezidenti ölkənin hər üç sahə üzrə nəticələrinin 50 faiz artdığını bildirərək, bu göstəricinin müəllim, şagird və valideynləri sevindirməli olduğunu vurğulayıb.

Bildirilib ki, Ərdoğan təhsilə ayrılan büdcənin 15,33 faizə çatdırıldığını açıqlayıb. O, yeni məktəblərin tikintisinin və təhsil infrastrukturunun gücləndirilməsinin davam etdiriləcəyini diqqətə çatdırıb. Indiyədək şagirdlərə 4 milyard 300 milyondan çox dərslik təqdim olunduğu və bu investisiyaların əsas məqsədinin uşaqların bərabər, ədalətli təhsil imkanlarına çıxışını təmin etmək olduğu bildirilib. Türkiyə lideri gələcək nəsillərin milli dəyərləri tanımasının, süni intellektdən səmərəli istifadə etməsinin və “Maarif” modeli çərçivəsində tənqidi düşünən, fəzilətli nəslin yetişdirilməsinin vacibliyini qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…