“Ən yaxşı formada olmamağımız normaldır”

“Ən yaxşı formada olmamağımız normaldır”
26.02.2023 13:00
Aa
dəq

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 23-cü turunun “Atletiko” ilə oyunundan sonra (1:1) açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" klubun rəsmi saytına istinadən xəbər verir ki, o, rəqibin vurduğu qolun xüsusi bacarıq hesabına ərsəyə gəldiyini deyib:

“Futbolda nəzərə almalı olduğumuz bir neçə məqamlar var. Onlardan biri də rəqib komandanın xüsusi bacarıq hesabına qol vurmasıdır. Eyni ssenari onların da başına gəldi. "Atletiko"nun qolu komandamın əhval-ruhiyyəsini aşağı saldı. Ən yaxşı formada olmamağımız normaldır”.

Karlo Ançelotti “kral klubu”nun bərabərlik qolunun müəllifi olan Alvaro Rodriqes haqda fikir bildirib:

“Rodriqes bütün keyfiyyətlərini ortaya qoydu. Bu, onun üçün xüsusi gecə oldu. Biz onun komanda üçün faydalı olacağını anlamağa başlayırıq. Gələn mövsüm əsas komandada olacaq. Rodriqesdə olan keyfiyyətlər çox az futbolçuda var. Yaşına görə güclüdür. Yaxşı baş zərbələri var”.

“Real” hazırda İspaniya çempionatının turnir cədvəlində 52 xalla ikinci, “Atletiko” isə 42 xalla dördüncü sıradadır.

Həftənin ən çox oxunanları

Türkiyə Super Liqası: "Qalatasaray" bu gün səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək

Türkiyə Super Liqası:
DAVAMIN OXU davamın oxu

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
DAVAMIN OXU davamın oxu

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!
DAVAMIN OXU davamın oxu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
DAVAMIN OXU davamın oxu

“İmarət” stadionunun təməli qoyulub

“İmarət” stadionunun təməli qoyulub
DAVAMIN OXU davamın oxu