Əsas məzmuna keç

“Arsenal” Noni Maduekeni qış transfer pəncərəsində buraxmayacaq

“Arsenal” Noni Maduekeni qış transfer pəncərəsində buraxmayacaq

London klubunun baş məşqçisi Mikel Arteta futbolçuya az oyun vaxtı verilməsinə baxmayaraq, onun komandadan ayrılmasına qarşıdır. Noni Madueke də “Arsenal”da qalmaq niyyətindədir.

en ru

“”ın cinah hücumçusu Noni Madueke qış pəncərəsində komandanı tərk etməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" “Football Insider” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi futbolçunun az oyun vaxtı almasına baxmayaraq, onun göndərilməsini istəmir və mümkün təkliflərin qarşısını almağa hazırlaşır.

Daha əvvəl “” və “” klublarının vingerlə maraqlandığı bildirilmişdi. Bununla belə, Arteta onun komandada qalmasını istəyir.

Maduekenin özü də “Arsenal”da qalaraq əsas heyətdə yer uğrunda mübarizə aparmaq niyyətindədir.

Futbolçu cari mövsümdə bütün turnirlərdə beş oyunda meydana çıxıb və bir qol vurub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…