Əsas məzmuna keç

Əli Əsədov: Orta Dəhliz üzrə daşımalar 11% artacaq

Əli Əsədov: Orta Dəhliz üzrə daşımalar 11% artacaq

TDT sammitində çıxış edən Baş nazir tranzit yükdaşımaların 5 milyon tona çatacağını açıqladı. Avrasiyanın logistika qovşağında hansı mühüm yeniliklər gözlənilir?

en ru

Orta Dəhliz üzrə tranzit davamlı olaraq artaraq 2025-ci ildə 11%-ə yaxın təşkil edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının və vitse-prezidentlərinin görüşündə bildirib.

Baş nazirin sözlərinə görə, Avropa ilə Asiyanı birləşdirən, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yerləşən regionumuz beynəlxalq və logistika baxımından mühüm əhəmiyyətə malikdir.

"Bu potensialdan daha səmərəli istifadə etmək üçün nəqliyyat bağlantılarının inkişafı və tranzit imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biri olmalıdır. Bu xüsusda Orta Dəhlizin önəmi ayrıca vurğulanmalıdır", - deyə o qeyd edib.

Son dövrdə bu marşrut Avrasiyanın nəqliyyat xəritəsində ən perspektivli, təhlükəsiz və etibarlı bağlantı xətlərindən birinə çevrilməkdədir. Birgə səylər nəticəsində Orta Dəhliz üzrə tranzit daşımalar davamlı olaraq artır və 2025-ci ildə bu artım 11%-ə yaxın (5 milyon ton) təşkil edib.

Yekun olaraq vurğulanıb ki, Orta Dəhlizin inkişafına böyük sərmayələr yatıraraq, müasir nəqliyyat və logistika infrastrukturu yaradıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…