Əsas məzmuna keç

Ebola virusu Konqoda 131 can aldı: ÜST həyəcan təbili çalır

Ebola virusu Konqoda 131 can aldı: ÜST həyəcan təbili çalır

KDR-də can itkisi artır: Tedros Adhanom Qebreyesus Bundibuqyo virusuna görə fövqəladə vəziyyət elan etdi. Uqanda sərhədi bağlayır. Ölüm riski 50%-dir. Oxu:

en ru

Konqo Demokratik Respublikasında virusu səbəbindən son sutka ərzində daha 26 nəfər həyatını itirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, bununla da ölkədə Ebola virusundan ölənlərin ümumi sayı 131 nəfərə çatıb.

Bildirilir ki, Konqoda indiyədək 543 ehtimal olunan və 33 təsdiqlənmiş Ebola yoluxması halı qeydə alınıb. Qonşu Uqandada isə daha iki təsdiqlənmiş yoluxma aşkarlanıb.

Bir neçə gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru nadir rast gəlinən virusunun yayılması ilə bağlı beynəlxalq səviyyədə ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.

Məlumata əsasən, Uqanda Konqo Demokratik Respublikasından insanların quru sərhədindən keçidinə məhdudiyyət tətbiq etməyə başlayıb.

ÜST isə qonşu ölkələri sərhədləri tam bağlamamağa çağırıb. Təşkilat hesab edir ki, bu addım nəzarətsiz və qanunsuz sərhəd keçidlərinin artmasına səbəb ola bilər.

Qeyd olunub ki, Ebola virusu yoluxmuş insan və ya heyvanların bədən mayeləri ilə birbaşa təmas nəticəsində yayılır və xəstəlik üzrə orta ölüm göstəricisi təxminən 50 faiz təşkil edir.

“Təhlükənin miqyası və yayılma sürəti məni dərindən narahat edir”, - deyə Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasında bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…