Əsas məzmuna keç

ÜST Qəzzadan tibbi təxliyələri dayandırdı

ÜST Qəzzadan tibbi təxliyələri dayandırdı

Ümumdünya Səhiyyə Təşkilatı podratçının ölümü səbəbindən Rəfahdan Misirə xəstə daşınmasını dondurdu. Tedros Adhanom Qebreyesus araşdırma barədə məlumat yaydı.

en ru

Ümumdünya Səhiyyə Təşkilatı baş verən insidentdən sonra tibbi təxliyələri dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə məlumatı xarici KİV yayıb.

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı Qəzza zolağında təhlükəsizlik hadisəsi nəticəsində qurumun podratçılarından birinin öldüyünü təsdiqləyib.

Qurumun baş direktoru X sosial şəbəkəsində yaydığı açıqlamada qeyd edib ki, hadisə ilə əlaqədar olaraq Qəzzadan Rəfah vasitəsilə Misirə həyata keçirilən tibbi təxliyələr dayandırılıb və növbəti xəbərdarlığa qədər bərpa olunmayacaq.

O əlavə edib ki, hadisə zamanı ÜST-nin daha iki əməkdaşı ərazidə olub, lakin onlar xəsarət almayıblar.

Baş direktorun sözlərinə görə, müvafiq orqanlar insidentlə bağlı araşdırma aparacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…