Əsas məzmuna keç

Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların adları açıqlanıb. Federasiyadan  "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, 7-14...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Dünya çempionatında Azərbaycanı edəcək cüdoçuların adları açıqlanıb.

Federasiyadan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, 7-14 may tarixlərində Qətərdə keçiriləcək ilin ən mötəbər yarışında yığma 9 çəki dərəsində 9 kişi və 4 qadınla təmsil olunacaq.

idmançılarına mundialda performans direktoru Mark van der Ham, kişilərdən ibarət millinin Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.

Dünya çempionatında fərdi yarışlar 7-13 mayda, komanda yarışları isə 14 mayda Dohada yerləşən “Ali Bin Hamad al-Attiyah Arena”da keçiriləcək.

Qadınlar: , Könül Əliyeva (hər 48 kq), Gültac Məmmədəliyeva, Aydan Əliyeva (hər ikisi 52 kq).

Kişilər: Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (+100 kq).

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…