Əsas məzmuna keç

"Dövlət Turizm Agentliyinin qiymət məsələsinə hər hansı təsir mexanizmi yoxdur"

"Dövlət Turizm Agentliyinin qiymət məsələsinə hər hansı təsir mexanizmi yoxdur"

Dövlət Agentliyinin (DTA) turizm müəssisələrindəki qiymətlərə təsir mexanizmi yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Şəkiyə ezam olunmuş xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, DTA turizm müəssisələrindəki qiymətlərə qarışmır: "Hesab edirəm ki, bu, düzgün mövqedir. Çünki bazar iqtisadiyyatı şəraitində qiymətlər tələb və təklifə uyğun formalaşır. Turizm sənayesi inkişaf etdikcə, rəqabətli mühit formalaşdıqca xidmət keyfiyyəti və qiymətlərlə bağlı dəyişikliklər olacaq. Bizim qiymət məsələsinə hər hansı təsir mexanizmimiz yoxdur".

Ümid Kərimzadə

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…