Əsas məzmuna keç

Tramp hücuma necə cavab verəcək? - ABŞ qisas alacağını açıqladı

Tramp hücuma necə cavab verəcək? - ABŞ qisas alacağını açıqladı

Tramp İrandan qisas alacağına söz verdi

en ru

ABŞ Prezidenti Ər-Riyaddakı ABŞ səfirliyinə edilən hücumla bağlı açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Donald Tramp "NewsNation" jurnalisti Kelli Meyerə müsahibəsində Vaşinqtonun Ər-Riyad şəhərində yerləşən ABŞ səfirliyinə hücuma cavab verəcəyini və Amerika əsgərlərinin ölümünün qisasının alınacağını bildirib.

Armenpress-in məlumatına görə, jurnalist bu barədə platforması X-dəki səhifəsində yazıb. Onun sözlərinə görə, Tramp hücuma cavabın necə olacağının tezliklə bəlli olacağını qeyd edib.

ABŞ Prezidenti eyni zamanda bölgəyə quru qoşunlarının yerləşdirilməsinə ehtiyac olmayacağına inandığını vurğulayıb.

Bundan əvvəl ABŞ-nin Ər-Riyaddakı səfirliyinə iki pilotsuz uçuş aparatı ilə hücum edildiyini açıqlamışdı. Hücum nəticəsində səfirliyin ərazisində yanğın baş verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…