Əsas məzmuna keç

DİN xəbərdarlıq etdi: Qanunsuz silahlar həyat üçün təhlükəlidir

DİN xəbərdarlıq etdi: Qanunsuz silahlar həyat üçün təhlükəlidir

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək qeydiyyatsız odlu silahların təhvil verilməsini tələb edir. İnzibati və cinayət məsuliyyətindən yayın.

en ru

əməkdaşları tərəfindən ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik vətəndaşlara qanunsuz saxlanılan və sursatları könüllü qaydada polis orqanlarına təhvil verməyin bir daha vacibliyini xatırladır.

Qanunsuz saxlanılan silah və sursatlar bədbəxt hadisələrə, ağır cinayətlərə və insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər. Vətəndaşlardan belə hallarla qarşılaşdıqda dərhal polisə məlumat vermələri və ictimai təhlükəsizliyin təmin olunmasına dəstək göstərmələri xahiş olunur.

Qanunvericiliyə əsasən, qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polis orqanlarına təhvil verən şəxslər müvafiq məsuliyyətdən azad olunurlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…