“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində “Borussiya”ya qarşı keçirilən matçdan sonra komandasının oyununu şərh edib. O, mətbuat konfransında futbolçuları ilə fəxr etdiyini deyib.
Dambrauskas rəqibin keyfiyyətli futbolçulardan təşkil olunduğunu vurğulayıb. Onun sözlərinə görə, komanda matç ərzində yaxşı qol vəziyyətləri yaradıb və hücumda yaxşı çıxış edib, lakin qarşılaşmanın sonunda istədiyi nəticəyə nail ola bilməyib.
“Bəzən yaxşı futbol oynaya bilərsən, lakin rəqibin gücündən çox şey asılıdır. Təəssüf ki, son nəticədə bacarmadıq. Futbolçularımla fəxr edirəm. Onlar çox gözəl oyun nümayiş etdirdilər”, – baş məşqçi bildirib.
“Sabah” – “Borussiya” matçı Almaniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.