Əsas məzmuna keç

Corcia Meloni: Aİ miqrasiya və enerji problemini həll etməlidir

Corcia Meloni: Aİ miqrasiya və enerji problemini həll etməlidir

İtaliya Baş naziri Corcia Meloni miqrasiya, enerji və süni intellekt təhlükələrinə qarşı vahid strategiya tələb etdi. Avropa dövlətlərini hansı risklər gözləyir?

ru en

"Miqrasiya məsələsinin həll edilməməsi avropalıların Aİ qurumlarına inamını azaldır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İtaliyanın deyib.

Onun sözlərinə görə, nəzarətsiz miqrasiya axınları vətəndaşların təhlükəsizliyi üçün problemlər yaradır və bu, həm iqtisadiyyata təsir göstərir, həm də sosial gərginliyi artırır.

Meloni bildirib ki, bu hallar Cənubi Aralıq dənizi ölkələri ilə əməkdaşlığa daha diqqətlə yanaşmağı zəruri edir.

İtaliyanın baş naziri vurğulayıb ki, qeyri-qanuni miqrasiya kanalları Aİ-nin əməkdaşlığını genişləndirmək istədiyi ölkələrdə fəaliyyət göstərir:

"Bu səbəbdən Aİ ölkələri üçün bir neçə problem - miqrasiya, enerji və bir-biri ilə sıx bağlıdır. Vətəndaşlar ən vacib problemlərin həll olunmadığını görəndə, Aİ -yə inam azalır, insanlar manipulyasiyalara, o cümlədən süni intellekt vasitəsilə yaradılan təsirlərə daha həssas olur. Aİ ölkələri bu problemlərə birlikdə həll yolları tapmalıdır".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…