Əsas məzmuna keç

Onlar Aİ ilə Kanada arasında unikal ittifaq ideyasına qarşı çıxır

Onlar Aİ ilə Kanada arasında unikal ittifaq ideyasına qarşı çıxır

Fransa və İtaliya kimi dövlətlər CETA sazişini niyə təsdiqləmir? Donald Trampın reaksiyasından ehtiyatlanan Avropa rəsmiləri Ottava ilə əməkdaşlığa niyə şübhə edir?

ru en

Bəzi Avropa ölkələrinin hökumətləri Avropa İttifaqı ilə Kanada arasında yaradılması ideyasına skeptik yanaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Financial Times" məlumat yayıb.

Bildirilib ki, bir sıra Avropa ölkələri belə bir əməkdaşlığın mümkünlüyü və şərtləri ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirir.

Qeyd olunub ki, Fransa və İtaliya da daxil olmaqla 10 Avropa ölkəsi Aİ ilə Kanada arasında imzalanmış hərtərəfli iqtisadi və ticarət sazişini (CETA) hələ ratifikasiya etməyib.

Nəşr vurğulayıb ki, bu səbəbdən Kanadanın Aİ ilə münasibətlərdə müəyyən realizm nümayiş etdirməsi və özünə xüsusi şərtlər gözləməməsi tələb olunur.

Daha əvvəl Kanadanın Mark Karni ölkəsinin Avropa İttifaqına üzvlük tələb etməyəcəyini, lakin Aİ ilə unikal ittifaq yaradılması üzrə danışıqlara başlamaq niyyətində olduğunu açıqlayıb.

"Politico" qəzeti isə yazıb ki, ABŞ-lə ticarət müharibəsi fonunda Şimali Amerikadan kənarda müttəfiqlər axtaran Kanada ilə Aİ arasında yaxınlaşma baş verir. Brüssel Ottavanı öz iqtisadi modelinə və sisteminə daha da yaxınlaşdırmağa çalışır.

"Biz kanadalıları sevirik, lakin hər kəs imkanları və məhdudiyyətləri real qiymətləndirir. “Üzvlükdən başqa hər şey” şüarı yaxşı səslənir, amma ideyanın özü kifayət qədər işlənmiş görünmür", - adının açıqlanmasını istəməyən avropalı diplomat bildirib.

Digər bir avropalı rəsmi Kanadanın Aİ bazarlarına mümkün çıxışı məsələsində ehtiyatlı olmağa çağırıb.

Aİ-nin daha bir nümayəndəsi bildirib ki, Baltikyanı ölkələr də daxil olmaqla bəzi Brüssel və Ottava arasında yaxınlaşmaya ABŞ Prezidenti Donald Trampın reaksiyasından narahatdır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…