COP29 ilə əlaqədar distant təhsilə keçmək problem yaradacaq? - EKSPERT AÇIQLADI

COP29 ilə əlaqədar distant təhsilə keçmək problem yaradacaq? - EKSPERT AÇIQLADI
01.08.2024 15:59
Aa
dəq

Bu gün baş nazir Əli Əsədov “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında" qərar imzalayıb.

Qərara əsasən Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22- dək payız tətili, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12- dən 22-dək distant (məsafədən) formada təhsil müəyyən olunub.

Bəs yeni qərar təhsilə necə təsir göstərəcək? Distant təhsil üçün imkanlar nə dərəcədədir? Bu müddətin uzadılması ehtimalı ola bilərmi?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən təhsil eksperti İlqar Orucovun sözlərinə görə, bu qərar gözlənilən idi:

“Çünki qeyd olunan tarixlərdə Azərbaycanda beynəlxalq səviyəli COP29 tədbirinin keçirilməsi planlaşdırılır. Keçiriləcək beynəlxalq tədbirdə dünyanın fərqli ölkələrindən qonaqların, dövlət başçılarının, dövlət rəsmilərinin, tanınmış insanların Bakıya toplaşması bu qərarın alınmasını zəruri edir. Həm məktəblərin təhlükəsizliyi, həm də nəqliyyatın sıxlığını nəzərə alaraq tədrisin distant formaya keçirilməsi gözlənilən idi. Hesab edirəm ki, bu, çox doğru bir qərardır”.

Ekspert deyir ki, təhsil ocaqlarının 10 gün müddətində distant təhsilə keçirilməsi ümumilikdə təhsilin keyfiyyətinə ciddi təsir göstərməyəcək. Distant təhsillə bağlı ölkəmizdə ənənə və praktika var. Bunun əsası isə COVID-19 pandemiyası zamanı qoyulub. 

5 advantages of Online Education - Acer for Education

“Mən düşünmürəm ki, bu təhsilin keyfiyyətinə mənfi təsir göstərməyəcək. Nəzərə alsaq ki, distant təhsilə keçəcək məktəblər şəhər məktəbləridir. Həm Sumqayıt, həm də Bakı şəhərində distant təhsili təmin etmək üçün imkanlar var. İstər internetin təşkili, istərsə də texniki avadanlıqların təmini baxımından təhsil alanların və təhsil verənlərin imkanları yüz faizi təşkil edir. Bu baxımdan da 10 gün ərzində təhsilin distant formada keçirilməsi problem yaratmayacaq. Çünki zaman baxımından da uzun bir müddət deyil. Bu müddətin uzadılması ehtimalı isə yoxdur. Çünki dövlət tədbiri təşkil edən tərəfdir. Tədbirin pik vaxtları hansı müddəti əhatə edəcəksə, bu gün həmin periodla bağlı qərar verilib”.

Mədinə Useynova

Azərbaycandakı özəl məktəblərin fantastik qiymətləri » Vertikal.az

Həftənin ən çox oxunanları

“Cadunun kimyəvi düsturu var, sosial şəbəkələr insanları yoldan çıxarıb…” - İlahiyyatçıdan ŞOK AÇIQLAMA

“Cadunun kimyəvi düsturu var, sosial şəbəkələr insanları yoldan çıxarıb…” - İlahiyyatçıdan  ŞOK AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Azərbaycanın uğurlu enerji siyasəti - İtaliya etibarlı tərəfdaşımızdır!

Azərbaycanın uğurlu enerji siyasəti - İtaliya etibarlı tərəfdaşımızdır!
DAVAMIN OXU davamın oxu

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır? - AÇIQLAMA

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Rusiya Zatulinin təxribatçı fikirlərinə görə Azərbaycana açıqlama verməlidir"

DAVAMIN OXU davamın oxu

Azərbaycan-İtaliya əlaqələri yüksələn xətlə inkişaf edir - AÇIQLAMA

Azərbaycan-İtaliya əlaqələri yüksələn xətlə inkişaf edir - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu