COP29-la əlaqədar şagirdlər payız tətilinə buraxılacaq? - RƏSMİ

COP29-la əlaqədar şagirdlər payız tətilinə buraxılacaq? - RƏSMİ
01.08.2024 11:59
Aa
dəq

Nazirlər Kabineti “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin aşağıdakı qaydada təşkili təmin ediləcək:

- ümumi təhsil pilləsi üzrə -2024-cü il noyabrın 12-dən 22-dək payız tətili;

- peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil.

Elm və təhsil Nazirliyi yuxarıda qeyd edilənlər nəzərə alınmaqla təhsil proqramlarının təhsil alanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirməlidir.

Həftənin ən çox oxunanları

BDU-nun SABAH Mərkəzinə yeni rəhbər təyin olunub 

BDU-nun SABAH Mərkəzinə yeni rəhbər təyin olunub 
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun dəstəyi ilə Ağstafada yeni məktəb inşa edilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Ağstafada yeni məktəb inşa edilib
DAVAMIN OXU davamın oxu

Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur

Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur
DAVAMIN OXU davamın oxu

Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək

Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək
DAVAMIN OXU davamın oxu

Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək

Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
DAVAMIN OXU davamın oxu