Əsas məzmuna keç

Çin ABŞ-yə 2 nəhəng panda göndərdi: Yeni əməkdaşlıq

Çin ABŞ-yə 2 nəhəng panda göndərdi: Yeni əməkdaşlıq

Quo Ciakun Atlanta zooparkına köçürülən heyvanların Pekin və Vaşinqtonun yeni əməkdaşlıq rəmzi olduğunu bildirdi. Bəs bu addım münasibətlərə necə təsir edəcək?

en ru

Çindən ABŞ-yə iki panda göndərilib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun brifinqdə məlumat verib.

Bildirilib ki, ABŞ-nin Atlanta şəhərində yerləşən Zoo Atlanta zooparkına iki nəhəng panda köçürülüb.

Qeyd olunub ki, Çin tərəfi bu addımı Çin– əməkdaşlığının yeni mərhələsi kimi qiymətləndirir və bunun heyvanların rifahının yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayır.

Məlumata görə, sözçü bildirib ki, bu əməkdaşlıq nəhəng pandalar və digər nəsli kəsilməkdə olan növlərin qorunması sahəsində potensialın artırılmasına töhfə verəcək.

Açıqlamada həmçinin qeyd olunub ki, bu cür layihələrin qlobal biomüxtəlifliyin qorunmasına və Çin ilə ABŞ xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyi bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…