Əsas məzmuna keç

Çin ABŞ-nin İranla əməkdaşlığa qoyduğu tariflərə qarşı çıxır

Çin ABŞ-nin İranla əməkdaşlığa qoyduğu tariflərə qarşı çıxır

Çin ABŞ-nin İranla əməkdaşlığa görə tətbiq edə biləcəyi tariflərə cavab verəcəyini açıqlayıb. Bu barədə TASS agentliyi məlumat yayıb. Məlumata görə, Çin...

ru

ABŞ-nin İranla əməkdaşlığa görə tətbiq edə biləcəyi tariflərə cavab verəcəyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq brifinqdə bildirib ki, İranla əməkdaşlıq edən ölkələrə 25 faiz tətbiq edərsə, Çin Xalq Respublikası öz qanuni maraqlarını qətiyyətlə müdafiə edəcək. Diplomat tarif müharibələrində qalibin olmadığını vurğulayıb.

Qeyd edək ki, yanvarın 12-də ABŞ Prezidenti Vaşinqtonun İranla işgüzar münasibətlər quran bütün ölkələrə 25 faiz tarif tətbiq edəcəyini bəyan edib. Onun sözlərinə görə, İranla əməkdaşlıq edən istənilən ölkə ABŞ-lə bütün ticarət əməliyyatları zamanı 25 faiz tarif ödəməli olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…