Əsas məzmuna keç

Çin ABŞ-İran gərginliyindən narahatdır – “Hörmüzdə vəziyyət həssasdır”

Çin ABŞ-İran gərginliyindən narahatdır – “Hörmüzdə vəziyyət həssasdır”

Pekin rəsmisi Quo Ciakun Reuters-ə Hörmüzdəki durumdan danışıb. ABŞ-nin gəmi əməliyyatı və "piratçılıq" ittihamı bölgədə gərginliyi pik həddə çatdırıb.

en ru

ABŞ-nin İran bayrağı altında üzən yük gəmisini ələ keçirməsi ilə bağlı narahatlığını ifadə edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun "Reuters"ə açıqlamasında bildirib ki, Hörmüz boğazındakı vəziyyət həssas və mürəkkəb xarakter daşıyır.

O qeyd edib ki, bütün tərəflər atəşkəs razılaşmasına məsuliyyətlə əməl etməli, gərginliyin artmasına yol verməməlidir. Sözçü həmçinin boğazdan normal dəniz tranzitinin bərpası üçün zəruri şəraitin yaradılmasının vacibliyini vurğulayıb.

Məlumata görə, İran limanlarının blokadasını yarmağa cəhd edən bir yük gəmisini atəş açaraq ələ keçirdiyini açıqlayıb. İran tərəfi isə həmin gəminin Çindən yola düşdüyünü iddia edərək ABŞ-ni “silahlı piratçılıqda” günahlandırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…