Əsas məzmuna keç

Cənubi Koreya Milli Muzeyinin direktoru istefa qərarı verib

Cənubi Koreya Milli Muzeyinin direktoru istefa qərarı verib

Muzeydə yaponlarla əməkdaşlıq etmiş fəalın xəttatlıq əsəri koreyalı müstəqillik fəalının işi kimi təqdim olunub. Tənqidlərdən sonra əsər sərgidən çıxarılıb, direktor Yu isə istefa verəcəyini açıqlayıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Cənubi Koreya Milli Muzeyinin direktoru Yu, Yaponiyanın müstəmləkəçilik dövründə kollaborasionist fəaliyyət göstərmiş şəxsə aid xəttatlıq əsərinin milli azadlıq mücahidinə aid kimi təqdim olunması ilə bağlı baş verən qalmaqaldan sonra rəsmən istefa verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "" agentliyinin yaydığı məlumata əsasən, 1910–1945-ci illərdə Koreyanın Yaponiya tərəfindən işğalı dövründə müstəmləkəçi rejimlə əməkdaşlıq etmiş fəalın qələmə aldığı tarixi xəttatlıq nümunəsi muzeydə Koreya müstəqillik fəalının orijinal işi kimi nümayiş etdirilib.

Əsərin muzey direktoru Yu-nun şəxsi kolleksiyasına aid olduğunun üzə çıxması ölkənin mədəniyyət və ictimai dairələrində kəskin etirazlara səbəb olub.

Sərt tənqidlərin hədəfinə çevrilən tarixi eksponat dərhal muzeyin ekspozisiya zalından yığışdırılıb. Hadisənin dövlətin əsas mədəniyyət müəssisəsinə olan ictimai etimadı sarsıtdığını etiraf edən Yu, yazılı bəyanat yayaraq muzeyin nüfuzunu qorumaq məqsədilə tutduğu vəzifədən uzaqlaşdığını bildirib:

“Şəxsi səhvim ucbatından ictimaiyyətin dövlət muzeyinə olan etimadı bir anda sarsıldı. Yaranmış vəziyyətə və səsləndirilən bütün haqlı tənqidlərə görə tam mənəvi və hüquqi məsuliyyəti öz üzerimə götürürəm”, – deyə Yu bəyan edib.

Yu 15 ay ərzində icra etdiyi direktor vəzifəsini fəaliyyətinin ən şərəfli mərhələsi adlandıraraq, hadisəyə görə Cənubi Koreya ictimaiyyətindən, milli azadlıq mücahidlərinin varislərindən və muzey kollektivindən üzr istəyib.

İstefadan əvvəl parlamentdə deputatlar qarşısında iki dəfə rəsmi üzr istəyən muzey rəhbərinin addımı müxalifət siyasətçiləri və mədəniyyət xadimləri tərəfindən kifayət qədər qənaətbəxş hesab olunmayıb və onun dərhal istefası tələb edilib. Cənubi Koreya Milli Muzeyi də yaydığı açıqlamada Yu-nun məsuliyyəti üzərinə götürərək tutduğu postdan ayrılmaq barədə ərizə təqdim etdiyini təsdiqləyib.

Qeyd edək ki, 2004–2008-ci illərdə Cənubi Koreyanın Mədəni İrs Administrasiyasına rəhbərlik etmiş Yu ötən ilin iyul ayında Milli Muzeyin direktoru vəzifəsinə təyin olunmuşdu. O, eyni zamanda ölkədə tanınmış sənətşünas və “Mədəni irsimi kəşfim” adlı bestseller kitab seriyasının müəllifidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…