“Çelsi”nin kapitanı Ris Ceyms oktyabrın 16-da dizindən əməliyyat olunub. Müdafiəçi zədəsini məşq zamanı alıb.
London klubu futbolçunun əməliyyatının uğurla keçdiyini açıqlayıb, lakin onun bərpa müddəti ilə bağlı məlumat verməyib.
talkSPORT-un yazdığına görə, 26 yaşlı Ceyms ən azı üç ay meydana çıxa bilməyəcək.