“Çelsi” yarımmüdafiəçisi Koul Palmerlə müqavilənin müddətini 2034-cü ilə qədər uzadıb. London klubu yeni anlaşma barədə rəsmi saytında məlumat yayıb. Futbolçunun əvvəlki müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədə idi.
24 yaşlı Palmer “Mançester Siti”nin yetirməsidir. O, 2023-cü ilin sentyabrında “Çelsi”yə keçib. Həmin vaxtdan bəri yarımmüdafiəçi bütün turnirlərdə 138 oyuna çıxıb, 58 qol vurub və 34 məhsuldar ötürmə verib.
Palmer cari mövsümdə bütün yarışlarda yeddi matçda iştirak edib, dörd qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 110 milyon avro təşkil edir. The Athletic də Palmerin müqaviləsinin 2034-cü ilə qədər uzadıldığını bildirib.