“Benfika”nın cinah müdafiəçisi Daniel Banajki karyerasını İngiltərədə davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ilə “Çelsi” və “Liverpul” maraqlanır.
“Benfika” perspektivli oyunçunun transferindən minimum 50 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Banajkinin müqavilə detalları
Portuqaliyalı müdafiəçinin Lissabon klubu ilə müqaviləsi 2031-ci ilin iyununun sonuna qədər qüvvədədir.
“Transfermarkt” portalı Banajkinin bazar dəyərini 5 milyon avro qiymətləndirir.
Daniel cari Portuqaliya çempionatında iki oyunda meydana çıxıb.