Əsas məzmuna keç

Cəbrayılda 327 ədəd mina aşkarlanıb

Cəbrayılda 327 ədəd mina aşkarlanıb

Hazırda Cocuq Mərcanlı kəndi ərazisində mina təmizləmə işləri davam edir. Bu barədə Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi...

Hazırda Cocuq Mərcanlı kəndi ərazisində təmizləmə işləri davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Minalardan və hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun ərazisində aparılan təmizləmə əməliyyatları ilə tanışlıq zamanı bildirilib.

Qeyd edilib ki, cari ilin 6 ayı ərzində təmizləmə qrupu 133 günə 313528 kv metr ərazinin 229205 kv metrini təmizləyib.

"20415 kv m əllə, 208790 kv m itlə, 226100 kv m isə mexaniki üsulla təmizlənib. Piyada əleyhinə mina 127 ədəd, Tank əleyhinə mina 200 ədəd cəmi 327 ədəd mina aşkarlanıb",- deyə əlavə edilib

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…