Əsas məzmuna keç

Cəlilabad–Yardımlı yolunda qar səbəbindən hərəkət çətinləşib, dağlıq ərazilərdə yollar bağlıdır

Cəlilabad–Yardımlı yolunda qar səbəbindən hərəkət çətinləşib, dağlıq ərazilərdə yollar bağlıdır

Cəlilabad–Yardımlı avtomobil yolunda qar və buzlaşma nəticəsində nəqliyyatın hərəkəti çətinləşib. Yolun bəzi hissələrində yalnız xüsusi texnika və “Niva”,...

en ru

–Yardımlı yolunda və buzlaşma nəticəsində nəqliyyatın hərəkəti çətinləşib. "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yolun bəzi hissələrində yalnız xüsusi texnika və “Niva”, “UAZ” tipli avtomobillərin hərəkəti mümkündür.

Sakinlər bildirir ki, günorta saatlarına doğru yolun rayon mərkəzinə yaxın hissələri qismən qar örtüyündən təmizlənmiş olsa da, ərazilərdə hərəkət hələ də məhdudlaşdırılıb.

Qar rayonun təsərrüfatına ziyan vurub

Şiddətli qar yağışı nəticəsində kəndlərarası və kənddaxili elektrik xətləri zədələnib, bu isə bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin kəsilməsinə səbəb olub. Hazırda rayonun 50-dən çox kəndində elektrik enerjisi verilməməkdədir.

Fövqəladə hallar üzrə bərpa işləri davam edir

Rayon Fövqəladə Hallar Komissiyasının məlumatına əsasən, fəsadların aradan qaldırılması üçün bərpa işləri davam etdirilir, əməkdaşlar yolların açılması və elektrik enerjisinin bərpası üzərində işləyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…