Əsas məzmuna keç

“Bursaspor” “Sivasspor”u 2:0 məğlub etdi, Toral Bayramov ehtiyatda qaldı

“Bursaspor” “Sivasspor”u 2:0 məğlub etdi, Toral Bayramov ehtiyatda qaldı
— Foto: idman.biz

Türkiyə Birinci Liqasının 15-ci turunda “Bursaspor” doğma meydanda “Sivasspor”a qalib gəlib. Azərbaycan millisinin üzvü Toral Bayramov meydana çıxmayıb.

en ru

Birinci Liqasının 15-ci turunda “Bursaspor” doğma meydanda “Sivasspor”u 2:0 hesabı ilə məğlub edib. Bursa təmsilçisinin hər iki qolu ilk hissədə vurulub.

Keleçi İheanaço 19-cu dəqiqədə hesabı açıb, Soner Aydoğdu isə 22-ci dəqiqədə fərqi artırıb. “Bursaspor”da çıxış edən Toral Bayramov qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

Baş məşqçi Mustafa Er əvvəlki turda “Antalyaspor”la oyunda meydana buraxdığı start heyətində üç dəyişiklik edib. Toral Bayramovun mövqeyində Barış Gök oynayıb. Zədəli Yurgen Elitimin yerini cəzası başa çatan Linkoln Enrike tutub, Rahmetullah Berişbeki isə Zeki Yavru əvəzləyib.

Qələbədən sonra “Bursaspor”un xalları 35-ə çatıb və komanda yenidən liderliyə yüksəlib. Bursa klubu milli fasilədən əvvəl “Antalyaspor”la səfər oyununda 1:1 hesablı heç-heçə etmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…