İran hökuməti qaçılmaz olaraq çöküşlə üzləşəcək və regionda ciddi dəyişikliklər baş verə bilər.
“Operativ Məlumat Mərkəzi-OMM” “Jerusalem Post” qəzetinə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə və Təhlükəsizlik Forumunun (IDSF) sədri Əmir Avivi bildirib.
O, İran rejiminin süqutunun qaçılmaz olduğunu, bunun isə İsrailin gələcəyini köklü şəkildə dəyişəcəyini deyib.
Əmir Avivi bildirib ki, artıq bir ay əvvəl deyə bilmədiyi məsələləri bu gün açıq şəkildə ifadə edə bilir. Onun sözlərinə görə, mövcud İran rejimi artıq dağılma mərhələsinə daxil olub və gələcəkdə mövcudluğunu davam etdirə bilməyəcək.
Avivi həmçinin yaxın gələcəkdə ABŞ-nin rəhbərliyi ilə genişmiqyaslı hərbi əməliyyatların baş verə biləcəyini də istisna etməyib. O qeyd edib ki, bu prosesdə İsrailin və etirazçı qüvvələrin də rolu ola bilər.
“Düşünürəm ki, çox yaxın gələcəkdə İsrailin və nümayişçilərin köməyi ilə Amerikanın genişmiqyaslı hücumunu görəcəyik. Bu rejimin heç bir şansı yoxdur və onlar süqut edəcəklər”, – deyə Əmir Avivi əlavə edib.