Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

12 il əvvəl itkin düşən təyyarəsinin axtarışları daha bir il uzadıldı

2 dəq
Paylaş:
12 il əvvəl itkin düşən təyyarəsinin axtarışları daha bir il uzadıldı

Malayziya hökuməti 12 il əvvəl göyərtəsində 239 nəfərlə birlikdə itkin düşən “Malaysia Airlines” aviaşirkətinə məxsus MH370 reysli təyyarənin Hind okeanında axtarışlarını daha bir il davam etdirmək qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "The Star" qəzeti məlumat yayıb.

Məlumata görə, Malayziya itkin təyyarə ilə bağlı axtarışların davam etdirilməsini təsdiqləyib.

naziri Lok bildirib ki, axtarışların müddəti iyulun 1-dən etibarən daha bir il uzadılıb və yeni qərar 2027-ci il iyunun 30-dək qüvvədə olacaq.

Nazirin sözlərinə görə, axtarış işlərini həyata keçirən “Ocean ” şirkətinə təyyarənin qalıqları aşkar edilməyəcəyi təqdirdə heç bir ödəniş edilməyəcək. Əgər təyyarənin qalıqları tapılarsa, şirkətə 70 milyon ABŞ dolları ödəniləcək.

Qeyd edək ki, Malayziya hökuməti MH370 reysinin axtarışlarını 2025-ci ilin dekabrında yenidən bərpa etmişdi.

Xatırladaq ki, Malaysia Airlines aviaşirkətinə məxsus MH370 reysli təyyarə 2014-cü il martın 8-də Kuala-Lumpurdan Pekinə radarlardan itib.

Təyyarə ilə son əlaqə havaya qalxdıqdan 38 dəqiqə sonra kəsilib.

Hərbi radar məlumatlarına əsasən, təyyarə planlaşdırılmış marşrutdan yayınaraq qərbə istiqamətlənib və daha sonra Hind okeanının cənubuna doğru hərəkət edib.

227 sərnişin və 12 ekipaj üzvünün olduğu təyyarənin Hind okeanının cənubunda qəzaya uğradığı ehtimal edilir. Aviasiya tarixinin ən bahalı axtarış əməliyyatlarından biri hesab olunan bu proses zamanı yalnız təyyarəyə aid olduğu güman edilən bəzi qalıqlar aşkarlanıb, əsas gövdə isə indiyədək tapılmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax