Bu il keçiriləcək sertifikasiya imtahanlarında riyaziyyat və ingilis dili müəllimləri üstünlük təşkil edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O qeyd edib ki, prosesə ilkin olaraq ibtidai sinif müəllimlərindən başlanılmışdı: "Bu il isə bütün fənn müəllimləri prosesə cəlb olunub. Həm də nəzərə almaq lazımdır ki, 9 və 11-ci sinif buraxılış məsələsini nəzərə alaraq riyaziyyat və ingilis dili fənləri üzrə müəllimlərin imtahana cəlbi önəmlidir".
N.İsmayılbəyli əlavə edib ki, ötən il uğur qazana bilməyən 493 nəfər Azərbaycan dili və ədəbiyyat, 5 495 nəfər isə ibtidai sinif üzrə təlimlərə cəlb olunub.