Əsas məzmuna keç

Ermənistana dizel yanacağı daşıyan qatar Biləcəridən yola düşüb

Ermənistana dizel yanacağı daşıyan qatar Biləcəridən yola düşüb

Prezident İlham Əliyevin qərarı ilə 16 vaqon neft məhsulu yola düşür. Tranzit məhdudiyyəti ləğv edildikdən sonra ixracın detalları və AI-95 tədarükü bəlli oldu.

en ru

Bu gün Azərbaycandan Ermənistana yanacağının tədarükü baş tutub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 974 ton dizel yanacağı yüklənmiş 16 ədəd vaqondan ibarət qatar " Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Xatırladaq ki, sonuncu dəfə aprelin 14-də Azərbaycandan Ermənistana 1 298 ton dizel daşıyan 22 ədəd çən yola salınıb.

İndiyədək Azərbaycandan Ermənistana 7610 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı yanacağı tədarük edilib.

İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək.

Bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…