Əsas məzmuna keç

Azərbaycandan Ermənistana neft məhsulları daşıyan qatar yola düşdü

Azərbaycandan Ermənistana neft məhsulları daşıyan qatar yola düşdü

Bakı-İrəvan istiqamətində yanacaq daşınması ilə bağlı yeni logistik addım atılıb. Rəsmi dairələr yük qatarının hərəkəti və marşrutun təfərrüatlarını açıqlayıb.

en ru

Bu gün Azərbaycandan Ermənistana göndərilən 971 ton benzin və 467 ton yanacağı " Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 18 vaqon "Aİ-92" markalı benzini və 8 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.

Eyni zamanda, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…