Əsas məzmuna keç

Brüsseldə tələbələr təhsil haqlarının artırılmasına etiraz etdi

Brüsseldə tələbələr təhsil haqlarının artırılmasına etiraz etdi

Belçikada fransızdilli universitet və ali məktəb tələbələri illik qeydiyyat haqqının artırılmasına və təhsil şərtlərinin sərtləşdirilməsinə qarşı aksiya keçirib.

en ru

Belçikada fransızdilli müəssisələrinin tələbələrini təmsil edən Fransızdilli Tələbələr Federasiyasının (FEF) çağırışı ilə Brüsseldə 5 minə yaxın tələbənin iştirakı ilə genişmiqyaslı aksiyası keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Belçika mətbuatı aksiya təşkilatçılarına və təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.

Məlumata görə, Mərkəzi Dəmiryol Vağzalının qarşısında toplaşan nümayişçilər şəhərin əsas arteriyalarını bağlayaraq Valoniya-Brüssel Federasiyası hökumətinin binasına doğru yürüş ediblər. Aksiyanın keçirilməsinə əsas səbəb Valoniya-Brüssel Federasiyasının ali təhsil sahəsində planlaşdırdığı islahatlar, xüsusilə də illik təhsil haqqının (minerval) 835 avrodan 1194 avroya qaldırılması qərarı olub. Tələbələr eyni zamanda təhsil müddətini məhdudlaşdıran sərt akademik uğur kriteriyalarına (Landscape fərmanı üzrə dəyişikliklər) qarşı çıxıblar.

İştirakçılar inflyasiya fonunda mənzil kirayəsi, nəqliyyat, qida və dərs vəsaitlərinin kəskin bahalaşmasının tələbələrin sosial vəziyyətini ağırlaşdırdığını bəyan ediblər. Məlumata görə, təhsil həmkarlar ittifaqları və müəllim assosiasiyaları da yürüşə qoşularaq tələbələrin tələblərinə dəstək veriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…