Avropa İttifaqında Rusiyanın dondurulmuş aktivlərinin gəlirlərinin Ukraynaya ayrılması üçün razılaşma əldə olunacağına ümid edirəm.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell jurnalistlərə açıqlamasında deyib.
O, bu gün Aİ Xarici İşlər Şurasının iclasında ABŞ-nin dövlət katibi Antoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın da iştirak edəcəyini bildirib: "Ümid edirəm ki, biz bu gün, nəhayət, mühüm qərarlar qəbul edəcəyik. Bunlar həftələrdir müzakirə olunan 5 milyard avroluq Avropa Sülh Mexanizmi ilə Ukraynaya Yardım Fondu məsələsidir. İnanıram ki, bu gün nazirlər bunu mütləq təsdiq edəcəklər. Bu, Ukraynaya hərbi dəstəyimizi artırmaq üçün çox vacibdir”.