Əsas məzmuna keç

BMT rəsmisi: Azərbaycanın bərpa və quruculuq təcrübəsi qlobal miqyasda nümunəvi xarakter daşıyır

BMT rəsmisi: Azərbaycanın bərpa və quruculuq təcrübəsi qlobal miqyasda nümunəvi xarakter daşıyır

Beynəlxalq təşkilatın rəsmisi Qarabağda həyata keçirilən yenidənqurma işlərini unikal model kimi qiymətləndirib.

en ru

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, davamlı sülhün təmin edilməsi, infrastrukturun yenilənməsi və iqtisadi potensialın reallaşdırılması istiqamətindəki fəaliyyəti beynəlxalq müstəvidə nümunə kimi göstərilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Baş katibinin müavini Amina Mohammed BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanışına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

Amina Mohammed qeyd edib ki, hazırda dünya iqlim dəyişiklikləri, münaqişələr, sosial bərabərsizlik, mənzil təminatı və artan borc yükü kimi bir-birini şərtləndirən çoxsaylı qlobal böhranlarla mübarizə aparır. Onun sözlərinə görə, mövcud çətinliklər dövlətlərin maliyyə resurslarını məhdudlaşdıraraq dayanıqlı infrastrukturun yaradılmasına və əsas xidmətlərin göstərilməsinə mənfi təsir göstərir.

BMT rəsmisi vurğulayıb ki, keçirilən forum çoxtərəfli əməkdaşlığın, idarəetmənin müxtəlif səviyyələrinin və yerli təşəbbüslərin qlobal problemlərin həllindəki həlledici rolunu bir daha təsdiqləyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…