Əsas məzmuna keç

BMT Baş katibi COP29 razılaşmalarının icrasına çağırış edib

BMT Baş katibi COP29 razılaşmalarının icrasına çağırış edib

BMT-nin Baş katibi Antonio Quterreş 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 iqlim konfransının yekunları üzrə qəbul edilmiş razılaşmaları yerinə...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

BMT-nin Antonio 2024-cü ilin noyabrında Bakıda keçirilmiş konfransının yekunları üzrə qəbul edilmiş razılaşmaları yerinə yetirməyə çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Quterreş COP31 liderlər sammitində çıxışı zamanı bildirib.

"İnkişaf etmiş ölkələr 2035-ci ilə qədər ildə ən azı 300 milyard dollar məbləğində maliyyələşdirmənin təmin edilməsində aparıcı rol oynamalı, həmin müddətə qədər adaptasiyanın maliyyələşdirilməsini ən azı üç dəfə artırmaq üçün aydın aralıq hədəfləri olan konkret planlar təqdim etməlidirlər", - o bildirib.

Onun sözlərinə görə, maliyyələşmə yetərli həcmdə olmalı və operativ şəkildə təmin edilməlidir. Eyni zamanda, 1,3 trilyon dollar məbləğində vəsaitin səfərbər edilməsi hədəfi inkişaf etməkdə olan ölkələrə daxil olan real maliyyə axınlarına çevrilməlidir.

"Bunun üçün hər bir maliyyə mənbəyi öz töhfəsini verməlidir. Çoxtərəfli inkişaf bankları 2030-cu ilə qədər ildə 120 milyard dolların ayrılması ilə bağlı Bakıda (COP29-da) götürdükləri öhdəlik çərçivəsindən kənara çıxmalıdırlar", - o bildirib.

O, həmçinin bu bankların səhmdarlarını inkişaf etməkdə olan həssas ölkələrin ehtiyaclarını nəzərə alaraq kreditləşməni artırmaq, özəl investisiyalar cəlb etmək, daha böyük risklər götürmək və innovativ maliyyə alətlərini tətbiq etmək imkanlarını genişləndirməyə çağırıb.

Bundan başqa, BMT-nin Baş katibi Yaşıl İqlim Fondunun və İtki və Zərərlərə Cavab Fondunun vəsaitlərinin əhəmiyyətli dərəcədə artırılmasının zəruriliyini vurğulayıb.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Bakıda keçirilən BMT-nin COP29 iqlim sammitinin əsas nəticələrindən biri də iqlim maliyyəsi üzrə yeni sazişin qəbul edilməsi olub. Bu sazişə əsasən, inkişaf etmiş ölkələr 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar ayırmağı öhdələrinə götürüblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…