Əsas məzmuna keç

Birinci sinfə elektron qəbul prosesi yenidən aktivləşdirildi

Birinci sinfə elektron qəbul prosesi yenidən aktivləşdirildi

Məktəbəhazırlıq prosesi ilə bağlı valideynlərin gözlədiyi sistemin fəaliyyəti bərpa olunur. Qeydiyyat və sənəd qəbulu tarixləri ilə bağlı detallar açıqlandı.

ru en

16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi müəssisələrinin birinci sinfinə səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi prosesi başlayacaq.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilir.

Bildirilib ki, proses 30 sentyabr saat 15:00-dək davam edəcək. Qeyd olunan tarixədək övladları üçün mektebeqebul.edu.az portalında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladlarının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.

Qeyd olunub ki, qəbul prosesi yalnız üzrlü səbəbdən birinci qeydiyyatı gecikən və müəyyən edilmiş müddətdə elektron sistemdə sorğu yerləşdirən uşaqları əhatə edir. 2026–2027-ci tədris ili üzrə bu günədək 124 mindən çox uşaq birinci sinfə qəbul olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…