Əsas məzmuna keç

Birinci sinfə qəbul: Sentyabrın 16-da proses yenidən başlayır

Birinci sinfə qəbul: Sentyabrın 16-da proses yenidən başlayır

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi xəbərdarlıq etdi: mektebeqebul.edu.az portalında qeydiyyatdan keçməyin qaydaları və son müddət açıqlandı.

ru en

2026-2027-ci tədris ili üzrə ümumi müəssisələrinin birinci sinfinə səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi prosesi sentyabrın 16-da başlayacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qəbul prosesi sentyabrın 16-sı saat 11:00-dan 30-u saat 15:00-dək davam edəcək.

Qeyd olunan tarixlərdə övladları üçün .edu.az portalında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladlarının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.

Nəzərə çatdırılıb ki, elektron qəbul prosesi yalnız üzrlü səbəbdən birinci sinfə qeydiyyatı gecikən və müəyyən edilmiş müddətdə elektron sistemdə sorğu yerləşdirən uşaqları əhatə edir.

Qeyd olunub ki, 2026-2027-ci tədris ili üzrə bu günədək 124 mindən çox uşaq birinci sinfə qəbul olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…