Əsas məzmuna keç

Berlin hava limanında uçuşlar dayandırılıb

Berlin hava limanında uçuşlar dayandırılıb

bu barədə DPA xəbər agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, bir çox uçuşlar digər hava limanlarına yönləndirilib. Gecikmələr uçuş və eniş...

31 oktyabr naməlum dronun görünməsi səbəbilə Berlin Beynəlxalq Hava Limanında (BER) əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bir çox uçuşlar digər hava limanlarına yönləndirilib.

Gecikmələr uçuş və eniş zamanı da müşahidə olunub. Xüsusilə, Bazel, Oslo və Barselonaya uçuşlar təxirə salınıb.

London, Birmingem, Mançester, Stokholm, Helsinki və Antalyadan uçuşlar digər hava limanlarına yönləndirilib.

sözçüsü ilkin məlumata bildirib ki, şahidlərdən biri hava limanının yaxınlığında dron olduğunu bildirib. Patrul nəfərləri da dronu görüb. Lakin dronun yerini müəyyən etmək mümkün olmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…