Əsas məzmuna keç

Bəqayi: Tehran görüşü regional təhlükəsizlik üçün başlanğıc ola bilər

Bəqayi: Tehran görüşü regional təhlükəsizlik üçün başlanğıc ola bilər

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran görüşündə İsrailin hücumları, Livan və Fələstindəki vəziyyət müzakirə olunacaq. O, İranın Pakistanla sərhəddəki problemlərin tezliklə həllinə ümid etdiyini də deyib.

en ru

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranda keçirdiyi həftəlik zamanı regional təhlükəsizlik dinamikası, Yaxın Şərq böhranı və region dövlətləri arasında diplomatik təmaslara dair vacib bəyanatlarla çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bəqayi Yaxın Şərq ölkələrinin daxili və regional sabitliyi təmin etmək üçün öz aralarında kollektiv təhlükəsizlik mexanizmləri formalaşdırmağa başladıqlarını bildirib.

İran XİN nümayəndəsi bəzi region ölkələrinin təhlükəsizlik məsələlərində xarici güclərdən asılılıqdan imtina edərək, birbaşa diplomatik dialoqa üstünlük vermələrini müsbət addım kimi qiymətləndirib.

İ.Bəqayi Məkkə İttifaqının üzvü olan dövlətlərin — Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin yüksəksəviyyəli nümayəndələrinin Tehrana gözlənilən səfərini şərh edərək vurğulayıb:

“Region ölkələrinin öz sülhünü və təhlükəsizliyini qorumaq üçün ortaq mexanizmlər qurmaq cəhdləri təqdirəlayiqdir. görüşü Yaxın Şərqdə kənar müdaxilələrdən azad, davamlı və effektiv təhlükəsizlik arxitekturasının formalaşması üçün mühüm başlanğıc mərhələsi ola bilər”.

İranlı diplomatın sözlərinə görə, , Səudiyyə Ərəbistanı və Pakistan rəsmilərinin İran rəhbərliyi ilə keçirəcəyi geniş tərkibli görüşlərin ana gündəliyini İsrailin regiondakı hərbi əməliyyatları, Livan və Fələstində yaranmış humanitar böhran, eləcə də Fars körfəzi zonasında gərginliyin azaldılması yolları təşkil edəcək.

Rəsmi Tehran bu təmasların regional həmrəyliyi gücləndirəcəyinə və Yaxın Şərqdə sabitliyin bərpa olunmasına töhfə verəcəyinə ümid etdiyini diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #tehran#israil
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…