Əsas məzmuna keç

BƏƏ Prezidenti İlham Əliyevə təbrik ünvanladı

BƏƏ Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan liderinin beynəlxalq uğurunu alqışlayıb. Abu Dabidən gələn məktubun detalları:

en ru

Birləşmiş Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Al Nəhyan İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, BƏƏ Prezidentinin təbriklərini ölkənin XİN rəhbəri Səid bin Mübarək Əl-Haciri İlham Əliyevlə görüşündə çatdırıb.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edən "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsini xatırladı və buna görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bir daha minnətdarlığını çatdırmağı qonaqdan xahiş etdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…