Operativ Məlumat Mərkəzi

Baydenin səfəri Qəzza zolağındakı hərbi əməliyyatlara təsir edəcək?

1 dəq
Paylaş:
Baydenin səfəri Qəzza zolağındakı hərbi əməliyyatlara təsir edəcək?

ABŞ prezidenti Co Baydenin İsrailə səfəri İsrail ordusunun Qəzza zolağındakı hərbi əməliyyatlarına təsir etməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İsrail ordusunun ehtiyatda olan sözçüsü Conatan Konrikus bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden oktyabrın 18-də İsrailə səfər edəcək.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər