ABŞ prezidenti Co Bayden Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı digər ölkələrlə eyni standartlara cavab verməli olduğunu və bu kontekstdə bu ölkəyə heç bir xüsusi rahatlığın təmin olunmayacağını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Pensilvaniya səfərindən əvvəl jurnalistlərin suallarını cavablandırarkən vurğulayıb.
O, jurnalistin “Ukraynanın NATO-ya üzvlüyünə yardım edəcəksinizmi? sualına, "Xeyr. Çünki onlar eyni standartlara cavab verməlidirlər. Ona görə də bunu asanlaşdırmayacağam", - cavabını verib.