Əsas məzmuna keç

Bayden dövründə 100 minə yaxın əfqan yoxlanılmadan ölkəyə buraxılıb

Bayden dövründə 100 minə yaxın əfqan yoxlanılmadan ölkəyə buraxılıb

bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) katibi Kristi Noem məlumat verib.Noem X platformasında yazıb ki, Əfqanıstandan çıxarılma...

administrasiyası dövründə (2021–2025) təxminən 100 min Əfqanıstan vətəndaşının müxtəlif səbəblərlə ABŞ-a köçdüyü açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Daxili Departamentinin (DHS) Kristi Noem məlumat verib.

Noem X platformasında yazıb ki, Əfqanıstandan çıxarılma prosesinin idarə edilməsi “Amerika tarixində ən ciddi milli təhlükəsizlik böhranlarından biri” olub:

“Bayden administrasiyası təxminən 100.000 əfqan vətəndaşını lazımi yoxlamadan, onların şəxsiyyət və niyyətlərini müəyyən etmədən ölkəyə buraxdı”.

Onun sözlərinə görə, Tramp administrasiyasının əsas hədəflərindən biri bu qərarların nəticələrini aradan qaldırmaq olacaq.

Noem bildirib ki, hazırda DHS ABŞ-da yaşayan bütün əfqan vətəndaşlara dair məlumatları, o cümlədən onların fəaliyyətlərini aktiv şəkildə yoxlayır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…