Əsas məzmuna keç

ABŞ Ədliyyə Nazirliyi: Ağ Evə media çıxışı məhdudlaşdırıla bilər

ABŞ Ədliyyə Nazirliyi: Ağ Evə media çıxışı məhdudlaşdırıla bilər

ABŞ Ədliyyə Nazirliyi Ağ Evə girişin jurnalistlər üçün hüquq deyil, imtiyaz olduğunu bildirib. Qurum bəzi media nümayəndələrinin Oval kabinet kimi məhdud ərazilərə buraxılmamasını müdafiə edib.

en ru

“CNN”, “MS NOW” və “Politico” nəşrlərinin jurnalistlərinin Ağ Evə girişinin qadağan olunması ilə bağlı Vaşinqtondakı federal məhkəməyə rəsmi cavab sənədi təqdim edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məhkəmə dosyesinə daxil edilən sənəddə Ağ Ev kompleksi daxilində fəaliyyət göstərməyin konstitusiya ilə təmin edilən mütləq hüquq deyil, hökumət tərəfindən verilən bir imtiyaz olduğu bildirilib. Nazirlik Donald Trampın milli təhlükəsizlik məlumatlarının gizliliyini qorumaq məqsədilə kimi xüsusi məhdud ərazilərə KİV nümayəndələrinin girişini tənzimləmək və məhdudlaşdırmaq yetkisinə malik olduğunu müdafiə edib.

Sənəddə qeyd olunub: “Ən azı hökumət, hətta baxış bucağına əsaslanan ayrı-seçkilik xarakterli səbəblərlə belə, jurnalistlərin Oval kabinet kimi prezidentlik fəaliyyətinə aid məhdud ərazilərə girişinə nəzarət edə bilər”.

Nazirliyin mövqeyinə görə, Prezident Tramp adıçəkilən üç media qurumunun milli təhlükəsizliyə birbaşa təhdid yaradan xəbərçilik fəaliyyəti ilə məşğul olduğunu müəyyən edib. Məhkəməyə göndərilən materiallara həmin media orqanlarına əvvəllər ünvanlanmış xəbərdarlıq məktubları da əlavə olunub.

İddiaya görə, “CNN”ın Ağ Evdəki ziyafət zalının altında “çox məxfi” sığınacaq tikilməsi planı və İrana qarşı ehtimal edilən hücumlarla bağlı materialları, “MS NOW”un İranla gərginlik və informasiya sızması barədə araşdırmaları, “Politico”nun isə ziyafət zalı, İran və Rusiyaya tətbiq olunan sanksiyalarla bağlı dərc etdiyi məqalələri milli təhlükəsizlik riskləri yaradıb. Ədliyyə Nazirliyi bu məktubları media qurumlarına əvvəlcədən xəbərdarlıq edildiyini və prosessual hüquqların pozulmadığını göstərən sübut kimi təqdim edib.

Xatırladaq ki, Prezident sentyabrın 18-də hesabından bəyanat yayaraq, “CNN”, “MS NOW” və “Politico”nun saxta xəbərlər yaydığını iddia edib və onların Ağ Evə girişini dərhal qadağan etdiyini açıqlayıb.

Qərardan narazı qalan media qurumları Birinci Düzəlişlə təmin olunan mətbuat azadlığının pozulduğunu əsas gətirərək federal məhkəməyə müraciət ediblər. İnsidentə etiraz olaraq “ABC”, “CBS”, “Fox News”, “NBC” və digər aparıcı xəbər şəbəkələri Ağ Evdən birgə televiziya hovuz yayımlarını dayandırmaq barədə qərar qəbul ediblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…