Əsas məzmuna keç

Baxtiyor Saidov Bakıda hindistanlı həmkarı ilə görüşüb

Baxtiyor Saidov Bakıda hindistanlı həmkarı ilə görüşüb

Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə Hindistanın dövlət başçısı Subrahmanyam Cayşankar arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

en ru

Özbəkistanın naziri Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankar ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə Saidov "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Görüşdə XİN başçıları ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

"Bakıda Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankar ilə görüşməkdən məmnun oldum. İkitərəfli gündəliyə dair əsas məsələləri müzakirə etdik və ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların vaxtında və səmərəli şəkildə həyata keçirilməsinin vacibliyini vurğuladıq", - Özbəkistan XİN başçısı yazıb.

Xatırladaq ki, dünən Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Azərbaycanda səfərdə olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…