Əsas məzmuna keç

Ceyhun Bayramov Özbəkistanın XİN rəhbəri ilə danışdı

Ceyhun Bayramov Özbəkistanın XİN rəhbəri ilə danışdı

Baxtiyor Saidov ilə Yaxın Şərqdəki hərbi eskalasiya və regional təhlükəsizlik müzakirə edilib. Diplomatlar həmçinin Novruz və Ramazan təbriklərini çatdırıblar.

en ru

20 mart tarixində Respublikasının naziri Ceyhun Bayramovla Özbəkistan Respublikasının xarici işlər naziri arasında baş tutub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə XİN-dən məlumat verilib.

Telefon danışığı zamanı, iki ölkə arasında strateji müttəfiqlik münasibətlərindən irəli gələn əməkdaşlıq məsələləri, habelə Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Bölgədə daha da artan gərginlikdən dərin narahatlıq ifadə olunub, hərbi eskalasiyanın yalnız regional təhlükəsizliyi deyil, eyni zamanda qlobal sabitliyi də ciddi şəkildə təhdid etdiyi vurğulanıb. Sabitliyin bərqərar olunması istiqamətində səylərin artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Nazirlər müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, xalqlarımız və iki ölkə arasında birliyin və əməkdaşlığın daha da möhkəmlənməsini arzulayıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…