“Barselona” oktyabrın 20-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda səfərdə PSJ-yə 2:4 hesabı ilə məğlub olub.
Kataloniya klubunun vingeri Lamin Yamal məğlubiyyətə baxmayaraq, qarşılaşmada qol vurub. Bununla o, “Barselona”nın heyətində bütün turnirlər nəzərə alınmaqla ardıcıl 10-cu oyunda qol və ya məhsuldar ötürmə ilə yadda qalıb.
Barca Universal-ın məlumatına görə, 2013/14 mövsümündən bəri “Barselona”da daha uzun məhsuldar seriyaya yalnız Lionel Messi nail olub.